10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

İran məhv edilir: Bu ölkə də ABŞ-ın tərəfinə keçdi

29.06.2018

Hindistan Neft Nazirliyi neft ayırma ilə məşğul olan şirkətlərə müraciət edərək, İrandan neft idxalının kəskin şəkildə azaldılmasına hazırlaşmağı tapşırıb.

"Dövran Media" xəbər verir ki, bu barədə məlumatı "Əlcəzirə” televiziyası yayıb. Televiziya Hindistanın bununla ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə hazırlaşdığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə müraciət edərək, noyabr ayından etibarən İrandan neft idxalını dayandırmalarını istəyib. Bəzi ölkələr, xüsusilə Çin buna qarşı çıxıb.