Xankəndi əhalisi şəhərdən qaçıb
04.11.2020
Xankəndidə şəhər əhalisinin 30%-i qalıb.
Bunu"Qraparak” qəzetinə açıqlamasında Xankəndinin "meri” David Sərkisyan deyib. O, Xankəndi səmasında zərbə PUA-larının görünmədiyini də bildirib.
Əslində isə Xankəndidə ümumiyyətlə yalnız hərbçilərin qaldığı qeyd edilir. Hələ bir həftə öncə Xankəndidən hazırlanan reportajda şəhərdəki binalardakı mənzillərin hansındasa nadir hallarda işıq yandığına diqqət çəkilmişdi.
Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Qarabağı 90 min erməninin tərk etdiyini açıqlamışdı.
Azərbaycan bundan öncə dəfələrlə Qarabağdakı erməni əhalinin özünün vətəndaşları olduğunu və onların təhlükəsizliyinə hər cür şərait yaradacağını açıqlayıb.