Bakıda elektrik enerjisinin istehsalı kəskin artıb
04.11.2020
Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə elektrik enerjisinin istehsalı 5 325,9 mln. kVt-saat təşkil edib ki, bu da illik müqayisədə 52,8% çoxdur.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ötən il Bakı üzrə elektrik enerjisi istehsalı 3 485,1 mln. kVt-saat səviyyəsində olub.
Qeyd edək ki, 2019-cu ildə bu göstərici 5 252,1 mln. kVt-saat təşkil edib, bu da əvvəlki ilə nisbətən 14,3% çoxdur.