Marneulidə azərbaycanlı ana və oğlu qətlə yetirilib - YENİLƏNİB
04.11.2020
Marneulinin Axlolalo kəndində öldürülən azərbaycanlı ana və 22 yaşlı oğlunun qisas zəminində qətlə yetirildiyi məlum olub.
Bu barədə kənd sakinləri məlumat veriblər.
Bildirilib ki, Axlolalo kənd sakini M.Ə öz əmisinin həyat yoldaşını və 22 yaşlı əmisi oğlunu odlu silahdan atəş açaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.
Öldürülən şəxslərin ana və 22 yaşlı oğlu olduğu bildirilir.
Onların odlu silahdan açılan atəşlə qətlə yetirildiyi deyilir.
Polis faktla bağlı araşdırmalara başlayıb.