Beş yaşlı Bakı sakini Safiya Həsənzadənin təcili köməyə ehtiyacı var.
Uşaq kəskin limfoblast leykozdan əziyyət çəkir. Bu təhlükəli bədxassəli qan sistemi xəstəliyidir. Kəskin limfoblast leykoz uşaq və yeniyetməlik dövründə ən çox rast gəlinən xəstəlikdir. Xəstəlik sümük iliyi, limfa düyünləri, dalaq, digər orqanların zədələnməsi ilə baş verir.
Uşağın ailəsi çox çətin vəziyyətə düşüb. Hazırda Safiya və anası Belarusda yerləşən Onkologiya, Hematologiya və İmmunologiya Elmi-Praktik Mərkəzində müalicə olunur. Uşağın atası isə ailənin bu çətin vəziyyətində Qarabağda gedən döyüşlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir.