Brüsseldə Aİ-nın sammiti keçirilir
28.06.2018
Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçılarının ikigünlük görüşü keçirilir. Bu sammit qaçqınlar probleminin Aİ səviyyəsində beynəlxalq həllinə nail olmaq üçün Almaniya kansleri Angela Merkelin son imkanı ola bilər. Əks halda AFR-in daxili işlər naziri yaranmış vəziyyəti öz daxili tədbirləri ilə tənzimləyəcək.
Problemin əsas subyekti sənədi olmayan, yaxud Aİ-nin digər ölkələrində, xüsusilə İtaliyada qeydiyyatdan keçmiş, lakin Almaniyada sığınacaq almaq ümidi ilə Avropanın şimalına hərəkət edən qaçqınlardır. Məsələ ilə bağlı Aİ çərçivəsində yaxın günlərdə təsirli tədbirlər görülməsə, növbəti həftədən Almaniyanın daxili işlər naziri Horst Zeyehofer ölkənin cənub sərhədini bu miqrantların üzünə bağlamaq niyyətindədir.