Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb
04.11.2020
Türkiyənin İzmir şəhərində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 114 nəfərə çatıb.
Təbiət hadisəsi zamanı 1035 nəfər xəsarət alıb. Yaralılardan 898 nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda xəstəxanalarda 137 nəfərin müalicəsi davam etdirilir. Onlardan 12 nəfər reanimasiya şöbəsindədir. Reanimasiya şübəsinə yerləşdirilən yaralılardan 5-nin vəziyyəti kritikdir.
Xatırladaq ki, oktyabrın 30-da İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.
Təkanların Egey dənizində suyun səviyyəsinin qalxmasına və ətraf ərazinin su basmasına səbəb olduğu bildirilib.