Şüphəli şəxs Türkiyədə tutuldu
03.11.2020
Lotu Quliyə sui-qəsddə şübhəli bilinən qanuni oğru Türkiyədə tutuldu
İstanbul polisi Buryatiyanın "vəziyyətinə baxan” gürcü qanuni oğru Quram Çixladzeni (Kvejoeviç) nəzarətə götürüb.
Devran Media «News Turk»ə istinadla xəbər verir ki, Kvejoeviç ilə birlikdə daha iki nəfər də saxlanılıb.
Cinayətkarın qaldığı otel otağında üç tapança, onlar üçün patron və ratsiya tapılıb. Yanvar ayında Çixladze Azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həyatına qəsd edilməsi iddiası ilə Türkiyə polisi tərəfindən həbs edilmişdi. Bundan bir qədər sonra Səlifov öldürülmüşdü. Sonra guya Çixladze polislə razılaşdıqdan sonra ölkədən qovulmuş, lakin sonra geri dönmüşdü.