4 gündür yatmadan mübarizə aparır
03.11.2020
İzmirdə baş verən 6.6 bal gücündə olan zəlzələdən sonra dağıntıların təmizlənməsi işləri davam etdirlir.
4 gündür kiçik bədəni ilə axtarış- xilasetmə işlərinə qatlılan 29 yaşlı Rıdvan Çelik diqqət çəkib.
Belə ki, 98 sm boyu olan Rıdvan İstanbuldan könüllü şəkildə İzmirə gəlib. O hətta biletini özü aldığını vurğulayıb. Kiçik bədəni ilə 4 gündür yatmadan dağıntılar arasında qalan insanları xilas edir.
Böyük ürəyi olan Rıdvanın apardığı mübarizə yüksək qiymətləndirilib.