XİN: Azərbaycan dost Əfqanıstanla həmrəydir
03.11.2020
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib.
Bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib.
"Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir”, - deyə qeyd olunub.
Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.