Azərbaycanın Los Ancelesdəki baş konsulunun müsahibəsi
03.11.2020
ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə 1 noyabr 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında nümayiş keçirilib.
Konsulluqdan verilən xəbərə görə, öncədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən nümayişə yalnız 400-500 nəfər qatılıb.
Baş Konsulluq nümayişdən öncə Los Ancelesdə fəaliyyət göstərən nüfuzlu televiziya kanalları, radio və qəzetlərə mətbuat açıqlaması göndərib. Açıqlamada Ermənistanın Azərbaycana qarşı son təcavüz aktı, ölkəmizin şəhərlərini və mülki əhalisini hədəf alması, kasetli bombalardan istifadə etməklə müharibə cinayətləri törətməsi bərədə məlumat verilərək, Ermənistanın bu təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.