21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BMT Ali Komissarı mülki şəxslərə hücumlardan narahatdır

03.11.2020

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə davam edən hücumlardan narahatlığını ifadə edib.

M.Baçelet bildirib ki, münaqişə sentyabr ayında yenidən başlayandan sonra mülki əhali arasında itkilərin və yaşayış məntəqlərinə dəyən zərərin qarşısını almaq və heç olmasa minimuma endirmək üçün çağırışlar edilib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mülki şəxslərə qarşı hücumlardan çəkinmək barədə razılığa baxmayaraq, ötən həftə sonu yaşayış məntəqələrinə artilleriya zərbələri endirilib:

"Azərbaycan mənbələrinə görə, cəbhə xəttindən təxminən 20 km məsafədə yerləşən Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalıb. Azərbaycan hökumətinin verdiyi məlumata görə, sentyabr ayının sonundan etibarən Azərbaycanın nəzarətində olan ərazilərdə ən az 91 mülki şəxs öldürülüb”.

M.Baçelet qeyd edib ki, ən böyük insan tələfatı oktyabrın 28-də baş verib. Aktiv döyüş əməliyyatları zonasından təxminən 30 km məsafədə yerləşən Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb və 70 nəfər yaralanıb:

"Məlumatlara görə, Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kasset sursatları olub. Yaşayış yerlərinə kasset döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.

Kasset sursatlarının istifadəsi ilə bağlı həyəcanverici xəbərlərin fonunda, bir daha istifadə edilməsinə son qoyulmasını və istifadəsini tamamilə qadağan edən Kasset Sursat Konvensiyasını təsdiq etmiş 100-dən çox dövlətə qoşulmağa çağırıram”.