Gürcüstanın Baş naziri koronavirusa yoluxub
03.11.2020
Gürcüstanın Baş naziri Giorgi Qaxaria koronavirusa yoluxub. Hökumət başçısının COVID-19-la bağlı verdiyi testin nəticəsi pozitiv olub.
Bu barədə Baş nazirin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.
Qeyd edək ki, Baş nazir noyabrın 1-dən özünütəcrid rejiminə keçib.