PKK-nı təbliğ edən müğənni HƏBS EDİLDİ
28.06.2018
Türkiyədə Almaniya vətəndaşı olan və "Hozan Cane" kimi tanınan müğənni Saide İnaç həbs olunub.
"Dövran Media" xəbər verir ki, o, terror təşkilatı olan PKK-nı təbliğ etməkdə günahlandırılır.
Şənbə günü polislərin apardığı əməliyyat nəticəsində həbs olunan sənətçi ifadə verib. O, PKK hərbiçiləri ilə şəkil çəkdirməsinə belə aydınlıq gətirib: "Film çəkirdik. Bu səbəbdən onlarla şəkil çəkdirdim".