New Yorkda Fransa və Makrona qarşı PROTESTO
02.11.2020
New Yorkda Fransa və Makronun İslama qarşı olması protesto edildi
New Yorkda, Fransa və ölkə rəhbəri Emmanuel Makronun İslama qarşı sözləri və Charlie Hebdo jurnalının dərc ettiyi Həzrəti Məhəmməd peyğəmbərə təhqir edici karikaturalara görə protesto edildi.
New Yorkda Türk Amerikan Yönləndirmə Komitəsinin (TASC) rəhbərliyində New York mərkəzli Müsəlman sivil quruluşların da qatılımıyla həyata keçirilən protesto, Manhattandaki Fransa Baş konsulluğunun binası qarşısında baş tutdu.
Çoxlu polis nəzarəti altında yüzlərcə Türk və Müsəlman qruplarının nümayəndələri, əllərində daşıdıqları ''Peyğəmbərimizə hörmət edin'', ''Peyğəmbərimiz qürurumuzdur'', ''İslamfobiyaya yox'' tərzində pankartlarla Fransanın İslama qarşı olmasına etiraz ettilər.
Protestonu təşkil edən grupdan TASC müdür köməkçisi İsrafil Dəmir, AA müxbirinə verdiyi açıqlamasında, Həzrəti Məhəmməd peyğəmbərə edilən təhqirlərin qəbul edilməz olduğunu vurğulayaraq, Qərb ölkələrdə trendə dönən İslam düşmənliyini lənətlədiyini söylədi.
Yağışlı hava şəraitində 2 saat çəkən protesto sakit şəkildə sonlandı.