Ramin Bayramlıdan yeni baş həkim təyinatı
02.11.2020
M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya yeni baş həkim təyin edilib.
TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlının imzaladığı əmrə əsasən, Pərviz Nadir oğlu Hacıyev bu posta gətirilib.
Qeyd edək ki, P. Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb. Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.