Həmidə Ömərovaya AĞIR İTKİ
28.06.2018
Xalq artisti, aktrisa Həmidə Ömərovanın analığı dünyasını dəyişib.
"Dövran Media" xəbər verir ki, bu barədə aktrisa İnstaqram hesabında bildirib. O, kədərini bu sözlərlə ifadə edib:
"Yubileyinə hazırlaşırdıq. Südabə ana, bacı-qardaşlarımın anası, mənim ikinci anam. Gülərüz, xoşxasiyyətli, təvazökar, mehriban anamız. Arzumuz ürəyimizdə qaldı. İkinci anam, atamın ikinci ailəsinin ömür-gün yoldaşı. Ən əsası gözəl insan. Anam rəhmətlikdən sonra arxa-dayaq bildiyim ikinci anam idi”.
Xatırladaq ki, dünyasını dəyişən Südabə xanım H.Ömərovanın atasının ikinci həyat yoldaşıdır.