Avropanın bu ölkəsində sərt rejim: 3 gün sonra qüvvəyə minir
31.10.2020
Avstriyanın bütün bölgəsində 3 noyabrdan etibarən karantin rejimi tətbiq ediləcək.
Bu barədə Avstriya Baş naziri Sebastian Kurts məlumat verib.
O qeyd edib ki, karantin rejimi noyabrın sonuna qədər qüvvədə olacaq.
Qeyd edilən tarixdən etibarən, restoranlar, barlar və kafelər fəaliyyətini dayandıracaq. Yalnız yemək çatdırılması xidməti işləyəcək.
Gecə saat 20 00-dan səhər saat 06:00-a qədər yalnız beş halda çölə çıxmaq mümkün olacaq: təcili işə, ehtiyacı olan insanlara kömək etmək, gəzmək, ərzaq almağa və həyati təhlükə yarandıqda.