21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xamenei Makrona məktub yazdı, səhifəsi bağlandı

31.10.2020

İnstaqram sosial şəbəkəsi İran İslam İnqilabının Ali rəhbəri Seyid Əli Xameneinin fransız dilində xəbərlər yayımladığı hesabını bağlayıb.

Bu barədə məlumatı Ali rəhbərin administrasiyası verib.

Bildirilib ki, Ali rəhbərin Fransa gənclərinə ünvanlandığı məktubdan sonra onun hesabı bağlanıb. Məqsəd isə ondan ibarətdir ki, məktubun mətni fransalı gənclər tərəfindən oxunmasın.

Qeyd edək ki, Fransada Məhəmməd Peyğəmbəri karikatura çəkməklə təhqir edən jurnalın əməkdaşlarını Prezident Emanuel Makron müdafiə edib. Fransa Prezidenti müsəlmanları separatçı, islam dininin isə böhran vəziyyətində olduğunu deyib. Bu çıxış dünya müsəlmanlarının etirazına səbəb olub.

Əli Xamenei fransalı gənclərə müraciətində bildirib ki, müqəddəs şəxsləri təhqir etmək heç də söz azadlığı və demokratiyadan deyil, təxribat və fitnə-fəsaddan xəbər verir.