03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Bakı Metropoliteni” reklam gəlirini AÇIQLADI

28.06.2018

Ötən il "Bakı Metropoliteni” QSC-nin əsas əməliyyat gəlirləri istisna olmaqla, digər əməliyyat gəlirlərinin məbləği açıqlanıb.  

Bu barədə Cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, qurum ötən il digər əməliyyat gəlirlərindən 5 mln. 293 min 423,14 manat gəlir əldə edib.
Başqa sözlə, 2017-ci ildə "Bakı Metropoliteni” reklam yayımından 1 mln. 979,136 min manat,  Metropolitenin tunellərində yerlöəşdirilmiş kənar təşkilatların kabellərinə xidmət göstərilməsində 466,088 min manat, bankomatlara və POS-terminallara xidmət göstərilməsindən 329,140 min manat, ticarət obyektlərinə xidmət göstərməsindən 114,9146 min manat, metal qırıntılarının kənar təşkilatlara satışından 313,297 min manat, xarici valyuta əməliyyatlarında yaranan məzənnə fərqindən 1 mln. 746,902 min manat, kənar təşkilatlara görülmüş tikinti-quraşdırma işlərindən 11,962 min manat, sair əməliyyatlardan 331,982 min manat gəlir əldə edib.