Nazirə “itləri buraxın, pişik səsi çıxaracam” deyən qız xilas edildi - VİDEO
31.10.2020
İzmirdə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altından sağ çıxarılan Buse Hasyılmaz ölkədə gündəm olub.
"Dövran media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buse Hasyılmaz telefon vasitəsilə əvvəlcə nişanlısı, daha sonra isə Kənd Təsərrüfatı və Meşə naziri ilə əlaqə qurub. Axtarış işlərini asanlaşdırmaq üçün Busenin "itləri buraxın, mən də pişik səsi çıxaracam",- deməsi diqqət çəkib. 9.5 saatlıq axtarış işlərindən dağıntıların altından xərəklə çıxarılan Busenin ilk sualı "anam haradadır",-olub.
Valideyninin səhhətinin yaxşı olduğunu eşidən Buse xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İzmirin Bayraklı səmtində 6.6 bal gücündə zəlzələdən sonra çökən binalarda axtarış və xilasetmə işləri davam edir.
Axtarışda istilik kameralarından da istifadə olunduğu bildirilib.