Qarabağ məsələsi yenidən BMT TŞ-na çıxarılır?
31.10.2020
Əgər Qarabağda vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı situasiyanın müzakirəsinə qayıda bilər.
Bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya deyib.
"Əgər situasiya pisləşsə, mən bunu istisna edə bilmərəm. Şura bu problemə qayıda və onunla məşğul ola bilər”, - deyə o bildirib.