Ermənistan KİV-ləri dünyanı aldatmaqda davam edir
31.10.2020
Ermənistan KİV-lərinin səhər saatlarından başlayaraq guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndini raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir.