Qubadlını atəşə tutan düşmənin atəş nöqtələri susdurulub
31.10.2020
Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”, - deyə məlumatda qeyd olunub.