İzmirdə daha bir zəlzələ baş verib
31.10.2020
Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.
Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.
Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.
Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.