Nurməhəmmədov Ərdoğanın çağırışını belə dəstəklədi - FOTO
30.10.2020
Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Umar Nurməhəmmədov Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın çağırışına qoşulub.
O, "Instagram" hesabında hər kəsi Fransa məhsullarını boykot etməyə səsləyib.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarının ölkədə bundan sonra da çəkilməli və yayılmalı olduğunu söyləməsi müsəlman dünyasında hiddətlə qarşılanıb. Bu səbəbdən qardaş ölkənin prezidenti Makronun başını itirdiyini və psixoloqa ehtiyac duyduğunu söyləyərək xalqı Fransa malları almamağa çağırmışdı.