Hikmət Hacıyev Bərdədə diplomatlar ola-ola şəhərin vurulmasından danışdı
29.10.2020
Hikmət Hacıyev Bərdədə diplomatlar ola-ola şəhərin vurulmasından danışdı
Prezidentin köməkçisi Hikmət Hacıyev hazırda diplomat korpusla birgə Bərdə rayonunda olarkən oranın Ermənistan tərəfindən atəşə tutulmasına münasibət bildirib.
Hikmət Hacıyev mətbuata bildirib ki, bu, Ermənistan cinayətlərinin həddi-hüdudunun olmadığını göstərir:
"Onlar hətta diplomatik korpusu, digər ölkələrin diplomatlarını, vətəndaşlarını da təhlükə altına qoya biləcək xəyanətkar, alçaq əməlləri həyata keçirə bilərlər. Amma diplomatların bura gəlməsi könüllüdür, biz onları məcbur edə bilmərik.