10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Oğruları müəyyənləşdirəcək SİSTEM

28.06.2018

Yaponiya mühəndisləri mağazalarda videomüşahidə aparan "AI Guardsman” neyron şəbəkəsini təqdim ediblər. Sistem alıcıların davranışını təhlil edərək mağaza oğrusunu müəyyənləşdirə bilir.
"AI Guardsman” müşahidə kameralarına qoşulur və mağazada qayda-qanuna riayət edir. Sistemə mağaza oğrularının tipik vərdişləri, məsələn, kameranın əhatə dairəsindən kənar yerlərin axtarışı, şübhəli davranış və s. yüklənilib. Bundan başqa, neyroşəbəkə cinayətkarların yeni vərdişlərini yadda saxlaya bilir. Oğurluqla bağlı şübhə yaranan zaman sistem mağaza mühafizəsini xəbərdar edir.
Neyroşəbəkə yaradıcıları – "NTT East” və "Earth Eyes” startapları nümayəndələrinin sözlərinə görə, sistem cinayətkarlar bazasına qoşulmayıb və potensial oğrunun milli mənsubiyyətini nəzərə almır. Yaponiya mağazaları qiyməti 2150 dollar təşkil edən "AI Guardsman” sistemini əldə edərək və aylıq 40 dollar abunə haqqı ödəməklə onu qoşa bilərlər.