8 yaşlı QIZIL medallımız
28.06.2018
Azərbaycan gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb
İyunun 26-27-də Qroznıda Çeçenistan Respublikasının idman gimnastikası üzrə açıq birinciliyi keçirib.
Bu beynəlxalq turnirdə Azərbaycanın, habelə Rusiya, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrdən ən güclü idmançılar iştirak edirdi.
Turnirdə Azərbaycan nümayəndəsi Hüseyn Xəlilov ən yüksək mükafat layiq görülüb. Bizim gənc gimnast birinci yeri tutduğuna görə Fəxri fərman da alıb.
Səkkiz yaşlı Hüseyn Xəlilov idmanla kiçik yaşlarından məşğul olur. O, Azərbaycan respublikasının dördqat çempionu, idman gimnastikası üzrə çoxsaylı beynəlxalq yarışların mükafatçısıdır.
Hüseyn Xəlilov deyib ki, ölkəmizi beynəlxalq aləmdə təmsil etməyi özü üçün böyük şərəf sayır.