DİN koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi
27.10.2020
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, koronavirusla mübarizə davam edir: "Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”.