Bolton: Tramp prezident olsa, NATO dağılacaq
27.10.2020
Donald Tramp yenidən prezident seçilsə, ABŞ NATO-dan çıxacaq.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.
"Tramp yenidən seçilsə, onun üçün siyasi məhdudiyyətlərin çox hissəsi ortadan qalxacaq. Düşünürəm ki, bu, ABŞ üçün böyük səhv olacaq”, – deyə o bildirib.
O, həmçinin ABŞ-ın NATO olmadan yaşaya bilməyəcəyini deyib:
"Məncə, bu, ümumilikdə Qərb üçün çox böyük səhv olacaq. NATO parçalansa, bu, daha xaotik dünya yaradacaq”.