“Azərbaycanda müharibədir, toy edə bilmərik”
26.10.2020
Türkiyənin məşhur müğənnisi Cem Belevi dörd ildir sevgili olduğu aktrisa Zehra Yılmazla toyunu təxirə salıb.
Bu barədə Z. Yılmaz məlumat yayıb. O, Azərbaycanın müharibə şəraitində olduğunu, bu səbəbdən nikahın tarixində dəyişiklik etdiklərini deyib:
"Azərbaycan işğal altında olan torpaqlarını xilas etmək üçün savaşır. Anam və atam Bakıda yaşayır. Bu mühitdə toy etməyimiz doğru deyil. Bu səbəbdən toy tarixini müvəqqəti olaraq təxirə saldıq”.