21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Şuşada sərxoş vəziyyətdə rəqs edən təlxəyə deyin ərazilərimizdən çıxsın və qurtaraq!"

26.10.2020

"Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən təlxəyə deyin ərazilərimizdən çıxsın və qurtaraq!"

Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Bu gün səhər saat 8-də yeni humanitar atəşkəs razılaşması qüvvəyə minib. Amma mən səhər 9-da maraqlandım, Ermənistan bir neçə dəqiqə sonra Tərtər şəhərini atəşə tutub. Mən tapşırıq vermişəm ki, Azərbaycan Ordusu hələ ki, təmkinli davransın, təxribatlara uymasın. Biz bəyan etmişik ki, münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan tərəfi bizə əraziləri qaytarmaqla bağlı cədvəl verməlidir. 

Ermənistan bizim qarşımızda diz çöküb, amma yenə də qüvvələrini səfərbər edib bizə qarşı yeni işğalçılıq siyasəti həyata keçirmək istəyir. Son bir ayda Ermənistana göndərilən silah-sursatın siyahısı bizdədir. Nə vaxt, hardan, nə qədər hansı təyyarə ilə silah gətirildiyi məlumdur. Atəşək istəyən silah verər? Münaqişənin dayanmasını istəyirsizsə, silah verməyin. Verməyin, dayansın. Ermənistanı xilas etmək istəyirsizsə, deyin ki, çıxsın bizim torpağımızdan, rədd olsun, - deyə dövlət başçısı bildirib.

Prezident bildirib ki, biz yolumuza davam edəcəyik:

"Atəşkəs istəyirlərsə, işğalçı dövləti rədd etsinlər torpaqlarımızdan. Əks halda axıra qədər davam edəcəyik. Düşməni axıra qədər qovacağıq".