27 illik həsrət sona yetir - FOTO
26.10.2020
27 il… Azərbaycanın tarixi rayonu olan Qubadlı həyata yenidən göz açır.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordusunun genişmiqyaslı hücumu nəticəsində işğal olunub. 2020-ci il oktyabrın 25-i isə Qubadlı şəhəri rayonun bir neçə kəndi ilə birgə erməni işğalçılarından azad edilib.
Rayonun inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə, 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı mövcuddur.
Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Təbii gözləlliyi ilə məst edən Qubadlı rayonun fotolarını sizə təqdim edirik: