Rəsmi Moskvadan Türkiyəyə çağırış
26.10.2020
"Moskva Türkiyəni bütün təsirlərini atəşkəsin bərpa olunması və Dağlıq Qarabağda tənzimləmə ilə bağlı konstruktiv danışıqların başlaması yönündə istifadə etməyə çağırır”.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib.
O qeyd edib ki, 10 oktyabr gecəsi, 11 saat davam edən məsləhətləşmələrdən sonra Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ABŞ və Fransa nümayəndələrinin iştirakı ilə atəşkəs və konstruktiv danışıqlar prosesinin bərpasını nəzərdə tutan birgə bəyanat barədə razılığa gəliblər.
Lavrov, "Afina və Makedoniya Xəbər Agentliyi”nə müsahibəsində "Türk tərəfdaşlarımızı inandırırıq, təsirlərini bu xətt üzrə istifadə etmək daha məqsədəuyğundur”,- deyə qeyd edib.