Mehriban Əliyevadan möhtəşəm PAYLAŞIM
26.10.2020
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram hesabında Qubadlı şəhərinin işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - M.Əliyeva yazıb.