5 nəfər güllələnərək öldürüldü
26.10.2020
Kolumbiyanın şimalında baş verən naməlum şəxslərin silahlı hücumu nəticəsində azı beş nəfər öldürülüb.
Bu barədə "La FM" radiostansiyası məlumat yayıb.
Məlumata görə, hadisə San-Benito-Abad və San-Markos bələdiyyələrinin sərhədində baş verib. Naməlum şəxslər beş nəfəri güllələyiblər. Onların cəsədləri sonradan qonşular tərəfindən aşkarlanıb.
İnsidentlə bağlı istintaq araşdırmaları aparılır. Bölgəyə əlavə ordu və polis qüvvələri göndərilib.