Ermənistanın Baş Naziri yenidən yalan danışır - Hikmət Hacıyev
26.10.2020
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyanın Vaşinqton razılaşmasına əsasən atəşkəs rejiminə əməl etmələrinə dair tvitterdəki paylaşımına münasibət bildirib.
Hacıyev Twitter səhifəsində bunları yazıb:
"Ermənistanın Baş Naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlyıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.