Minskdə nümayişçilərə səs bombası atıldı
25.10.2020
Belarusun paytaxtı Minskdə prezident Aleksandr Lukaşenkonun iqamətgahına doğru yürüş etməyə cəhd edən nümayişçilər polis sərt müdaxiləsi ilə üzləşib.
Orlovosaya küçəsində polis qüvvələri yürüş iştirakçılarına 10-a yaxın səs bombası atıblar.
Polis müqaviməti ilə üzləşən nümayişçilər ərazidən uzaqlaşıblar.
İnsident zamanı bir neçə şəxsin xəsarət aldığı deyilir.