Erməni saytlarında "Qarabağ Azərbaycandır!" şüarı - FOTO
25.10.2020
Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları növbəti dəfə dağıdılıb.
Bu barədə "Azerbaijan-Cyber-Army" məlumat yayıb.
Saytların nəzarətini ələ keçirən hakerlər Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi "Qarabağ Azərbaycandır və Nida işarəsi”, "erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından" sözlərini həmçinin, Azərbaycan Respublikasının dövlət himnini yerləşdirib.
Sözügedən saytlarda həmçinin Azərbaycanın dövlət bayrağı da yerləşdirilib.
Dağıdılan veb-resurslar arasında əsasən xəbər saytları əksəriyyət təşkil edir.