03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Saxta diplom xəbəri - Nazir işə qarışdı

28.06.2018

Nəbiyeva (Zeynalova) Leyla Rauf qızı 2000/2001-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indiki Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak edərək Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasına əyani (dövlət sifarişi üzrə) təhsilalma forması üzrə qəbul olunub. 2004-cü ildə həmin müəssisədən məzun olmuş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyindən B seriyalı 020724 nömrəli diplom blankı verilib, lakin AMİ-nin Qazax filialı tərəfindən həmin diplom başqa şəxsin adına yazılıb.  Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına isə hüquqi əsası olmayan B seriyalı 042889 nömrəli diplom təqdim olunub.

"Dövran Media" xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirlib. Məsələyə müdaxilə edən təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.

Bu əmrlə Nəbiyeva (Zeynalova) Leyla Rauf qızının TQDK tərəfindən keçirilmiş test imtahanında iştirak etməklə qanuni əsaslarla ali təhsil müəssisəsinə qəbul olunduğunu və təhsilini başa vurduğunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən AMİ-nin Qazax filialına həmin şəxsin adına yazılması üçün verilmiş, lakin başqa şəxsin adına yazılmış B seriyalı 020724 nömrəli diplom etibarsız sayılıb.

AMİ-nin Qazax filialı tərəfindən Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilmiş B seriyalı 042889 nömrəli diplom ləğv edilib.

Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunaNəbiyeva (Zeynalova) Leyla Rauf qızının adına yazılması üçün yeni dövlət nümunəli diplom blankı ayrılmasını təmin etmək tapşırılıb.

Bakı Dövlət Universitetinin Qazax filialı (V.Əfəndiyev) diplom blankının müvafiq qaydada doldurulmasını və Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilməsini təmin etməlidir. /modern.az/