Polşa prezidenti koronavirusa yoluxdu
24.10.2020
Polşa Prezidenti Andjey Duda koronavirusa yoluxub.
Bu məlumatı Polşa prezidentinin mətbuat katibi Blajey Spixalski deyib. O, prezidentin özünü yaxşı hiss etdiyini bildirib. Spixalski tibb işçilərinin Polşa liderinin səhhətini daimi diqqətdə saxladıqlarını deyib.