Hikmət Hacıyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ
24.10.2020
"Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur. Hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir. Bu, döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Gəncə şəhərinə atdıqları raketdən sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər.
"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi, əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir.
Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik”, - deyə H.Hacıyev bildirib.