Türkiyədə bir gündə 2102 nəfər koronavirusa yoluxub
23.10.2020
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxmada kəskin artım müşahidə olunur. Artım dinamikası vilayətlər və şəhərlər üzrə dəyişir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də sutka ərzində ölkə üzrə 117 min 198 nəfərdən test aparılıb. Onlardan 2 min 102 nəfərdə infeksiya aşkarlanıb. Gün ərzində 71 nəfər ölüb, 1581 nəfər sağalıb. Qeyd olunan tarixədək ölkədə 355 min 528 nəfərdə infeksiya aşkarlanıb.