Ermənistanda səhiyyə sistemi iflic olub
23.10.2020
Ermənistanda koronovirusun bu tərzdə yayılması artıq səhiyyə sisteminin iflicinə gətirib çıxarır.
Bunu Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Romella Abovyan deyib. O, Ermənistanda "İtaliya modelinin” yaranma təhdidinin olduğunu bildirib.
Onun sözlərinə görə, ölkədə elə bir situasiya formalaş bilər ki, həkimlər koronavirus xəstəsi və ya yaralı əsgər arasından kimi xilas etmək seçimi qarşısında qala bilərlər.