Tramp Rusiya prezidenti ilə görüşü barədə
28.06.2018
ABŞ prezidenti Donald Tramp, rusiyalı həmkarı Vladimir Putin ilə Avropaya səfəri zamanı görüşəcəyini söyləyib. Bu haqda çərşənbə günü "Reuters” agentliyi xəbər verib.
Xatırladaq ki, iki həftə öncə "Washington Post” ABŞ administrasiyasına istinadən xəbər vermişdi ki, ABŞ və Rusiya prezidentləri bu ilin iyulunda görüşə bilər.
Görüşün NATO-nun iyulun 11-12-də Brüsseldə baş tutacaq sammiti çərçivəsində gerçəkləşəcəyi deyilirdi.
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazır olduğunu bəyan edib.