Britaniya mediasında Qarabağdan danışılır
22.10.2020
Böyük Britaniyanın tanınmış saytında siyasi analitik Elxan Şahinoğlunun və siyasi şərhçi Elnur Eltürkün Dağlıq Qarabağ və ətraf rayonların azad olunması məqsədilə aparılan müharibəyə həsr olunan geniş təhlili dərc olunub.
Təhlildə müharibənin başlanması səbəbi izah olunmaqla yanaşı, qonşu dövlətlərin, o cümlədən Türkiyənin Rusiyanın və İranın rolundan və müharibənin gedişatına təsir imkanlarından danışılıb.
Təhlildə qeyd edilib ki, nəticəsiz qalan 27 illik danışıqlardan sonra Azərbaycanın işğal altındakı torpaqlarını güc yolu ilə geri qaytarması siyasəti beynəlxalq hüquqa zidd deyil, tam əksinə bu hüquq BMT-nin 4 qətnaməsindən tutmuş digər beynəlxalq təşkilatların sənədlərində əks olunub. Bildirilib ki, Azərbaycan danışıqların əleyhinə deyil, ancaq müharibənin dayandırılması üçün Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır.
Yazıda resursları tükənən Ermənistanın məğlubiyyətə məhkum olunduğu əsaslandırılaraq, böyük dövlətlərin Azərbaycana mane ola bilmədikləri vurğulanıb.
Məqalənin tam variantı ilə bu linkdən tanış ola bilərsiniz.