21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan bu təklifi ilə yenə GÜLDÜRDÜ

22.10.2020

 Sentyabrın 27-dən Qarabağda aparılan döyüşlərdə Azərbaycana məğlub olan Ermənistan rəhbərliyi xalqın gözündə "yenilməz”, "qüdrətli” olduğunu göstərmək üçün hər cür çirkin vasitəyə əl atır.

Ötən gün münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanat səsləndirən Baş Nazir Nikol Paşinyan bununla bir daha gənclərin həyatının onun üçün zərrə qədər mahiyyəti olmadığını sübut etmiş oldu.

Hətta o, daha sonra öz feysbuk hesabında xalqa yazılı müraciət edərək 6 müddəadan ibarət tələb irəli sürdü:

1. Könüllü dəstə yaradın (minimum 30 nəfər).
2. Bir komandir seçin.
3. Hərbi komissarlığa müraciət edin.
4. Hərbi hissələrdən birində hazırlıq keçin.
5. Cəbhəyə yollanın.
6. Və qələbə.

Görünən odur ki, Ermənistan tərəfi artıq gənclərin döyüşlərə qatılmaq istəmədiyini qəbul edə bilmir və pərakəndə dəstələrlə öz "qalibiyyət dastanı”nı yazmaq istəyir.