ABŞ tanklarını Rusiya ilə sərhədə yığır
21.10.2020
ABŞ ikinci zirehli tank alayını Almaniyadan Rusiya yaxınlığında yerləşən başqa Avropa ölkəsində yerləşdirə bilər.
Bunu ABŞ Müdafiə naziri Mark Esper deyib. Onun sözlərinə görə, bununla bağlı danışıqlar Polşa, Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələrin hökumətləriylə aparılıb.
O, bu addımın Rusiyanın qarşısının alınması üçün önəmli olduğunu bildirib.