Baxçalı: Dialoq təklifi tələdir
20.10.2020
Dağlıq Qarabağ türk yurdudur, çoğrafiyasında yazılan türk tarixidir, tökülən türk qanıdır, verilən türk canıdır. Qarşıdakı qüvvə isə terrorçu Ermənistan dövlətidir. Dağlıq Qarabağın əsl sahibinə keçməsinin zamanı gəlib çatıb.
Bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib. O bildirib ki, PKK-nın dəstəklədiyi Ermənistana əsla etibar edilməməlidir:
"Bizə xəyanət edənlərin nəvələri bu gün Qarabağda qətl törədir. Osmanlı dövlətinin torpaqlarına hücum edib, onun bir hissəsini işğal edən Fransa da onları dəstəkləyir və silah-sursatla təmin edir. Türkün düşmənləri Dağlıq Qarabağda aktivdir. Erməni qatillər keçmişdəki alçaq hücumlarına yenilərini əlavə etməkdədir. Dağlıq Qarabağ Azərbaycana verilmədən atəşkəs və dialoq tələdən ibarətdir. Ermənistan humanitar atəşkəsi belə Azərbaycanın azad etdiyi yerləri yenidən işğal etmək fürsəti olaraq görür”.